Fakto.info

Tarix: 22 Sentyabr 2014
Saat: 15:10:44

Baş prokuror Zakir Qaralov: "Korrupsiyaya qarşı mübarize hele lazımi seviyyede heyata keçirilmir"

01/10/2011 14:22:12

500 defe oxundu

«Korrupsiyaya qarşı mübarize Baş Prokurorluğun esas vezifelerinden biridir. Hesab edirik ki, bu mübarize hele lazımi seviyyede heyata keçirilmir». APA-nın melumatına göre, bunu jurnalistlere açıqlamasında Baş prokuror Zakir Qaralov bildirib.O deyib ki, Prezident İlham Əliyevin gösterişi ile Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarize İdaresinin fealiyyetinin tekmilleşdirilmesi üçün emeli işler görülür:«Bu idarenin nezdinde mütexessisler qrupu yaradılıb, hemçinin emeliyyat axtarış fealiyyeti bu idareye verilib, ştat terkibi ve emekdaşlarının emekhaqqı artırılıb. Qısa müddet erzinde ciddi tedbirler heyata keçirilenden sonra korrupsiyaya qarşı mübarize tedbirleri daha ciddi şekil alacaq».Baş prokuror qeyd edib ki, bu ilin 9 ayı erzinde Korrupsiyaya Qarşı Mübarize İdaresi terefinden korrupsiya halları ile bağlı 101 cinayet işi mehkemelere gönderilib, 166 müxtelif vezife tutan şexsler cinayet mesuliyyetine celb olunub:«Hal-hazırda idarede 88 cinayet işinin istintaqı davam etdirilir».Z.Qaralov bank işçileri baresinde açılan cinayet işlerinin sayının artmasına da münasibet bildirib:«Hazırda bezi bank işçilerinin qanun pozuntuları ile bağlı istintaq tedbirleri heyata keçirilir».Baş prokuror mekteb tikintisinde yol verilmiş qanunsuzluqlara da toxunub.«Mekteb tikintisi ve temir işleri zamanı ciddi yeyinti hallarına yol verilib".O bildirib ki, hem bu işleri heyata keçiren kommersiya teşkilatları, hem de Tehsil Nazirliyinin vezifeli şexsleri çox ciddi qanun pozuntularına yol veribler:«Bununla bağlı başlanmış üç cinayet işinin istintaqı davam etdirilir. Eyni zamanda tikinti zamanı yol verilmiş qanun pozuntularının aradan qaldırılması üçün Tehsil Nazirliyine menim terefimden müvafiq teqdimat gönderilib».Zakir Qaralov bu günlerde Qobustan rayon prokuroru vezifesine teyin edilen Azer Vahabzadenin işe çıxmamasına dair yayılan melumatlara münasibet bildirib. O, bildirib ki, qanunvericiliye esasen, prokurorlar 5 il müddetine teyin olunurlar:“Bu müddet başa çatandan sonra onların yeni vezifelere teyinatı heyata keçirilir. Sabiq Abşeron rayon prokuroru Azer Vahabzade bu yaxınlarda terefimden Qobustan rayon prokuroru teyin edilib. Mene verilen melumata göre, sehhetinde yaranmış problemle elaqedar helelik işe çıxa bilmir. Sözsüz ki, bu meseleni araşdırıb müvafiq qerar qebul edeceyik”.Qeyd edek ki, Azer Vahabzade xalq şairi Bextiyar Vahabzadenin oğludur. Bu yaxınlarda o, Abşeron rayon prokuroru vezifesinden azad edilerek Qobustan rayon prokuroru teyin edilib. Bezi metbuat orqanları Azer Vahabzadenin baş prokurorun emrine tabe olmayaraq yeni vezifesinin icrasına başlamaqdan imtina etdiyi haqda melumat yayıb.

Ana sehifeye qayıt


© Fakto.info