Fakto.info

Tarix: 25 İyul 2014
Saat: 13:57:19

Magistraturaya erize veren bakalavrlar “Bakalavrın elektron erizesi” formasını fevralın 8-den 16-dek doldurmalıdırlar

02/02/2012 11:05:45

2865 defe oxundu

Magistraturaya erize veren bakalavrlar “Bakalavrın elektron erizesi” formasını fevralın 8-den 16-dek doldurmalıdırlar. Telebe Qebulu üzre Dövlet Komissiyasından (TQDK) AzerTAc-a bildirmişler ki, bakalavr TQDK-nın müvafiq internet sehifesine (tqdk.gov.az/erizemagistr) daxil olur, şexsiyyet vesiqesinden (seriyasından, nömresinden ve PİN kodundan), TQDK-nın virtual ödeme kartındakı iş nömresi ve şifrden istifade etmekle oradakı “Bakalavrın elektron erizesi” formasını doldurur. Virtual ödeme kartını internet ödeme ve ya SMS xidmetleri vasitesi ile elde etmek olar. Bundan sonra bakalavr teleb olunan senedleri müvafiq Sened Qebulu Komissiyasına (SQK) teqdim ederek “Bakalavrın elektron erizesi” formasını tesdiq etdirir. Milli Sertifikat Xidmetleri Merkezinin Qeydiyyat Merkezlerinin birinden “Elektron imza” sertifikatını elde etmiş bakalavrlar hemin sertifikatlarından istifade etmekle “Bakalavrın elektron erizesi” formasını SQK-ya müraciet etmeden özleri tesdiq ede bilerler. Bakalavrlar erizelerini fevralın 8-den 17-dek (şenbe ve bazar günleri istisna olmaqla) saat 9.00-dan 17.00-dek tesdiq etdirmelidirler. Onlar (elektron imzadan istifade eden bakalavrlar istisna olmaqla) erizelerini tesdiq etdirmek üçün müvafiq SQK-ya teleb edilen senedlerin esillerini şexsen teqdim edirler: Cari ilin mezunları “Bakalavrın elektron erizesi” formasını bitirdikleri ali tehsil müessisesinde yaradılmış SQK-da, ali tehsil müessiselerini evvelki illerde bitirenler ve nezdinde SQK fealiyyet göstermeyen ali mekteblerin cari il mezunları ali tehsil müessiselerinde yaradılmış SQK-lardan istenilen birinde tesdiq etdirmelidirler. Xarici ölkelerde ali tehsil almış Azerbaycan Respublikasının vetendaşları “Bakalavrın elektron erizesi” formasını TQDK-da yaradılmış SQK-da tesdiq etdirmelidirler. Əcnebi ve ya vetendaşlığı olmayan ali tehsilli şexsler de “Bakalavrın elektron erizesi” formasını TQDK-da yaradılmış SQK-da tesdiq etdirmelidirler. “Bakalavrın elektron erizesi” formasının tesdiqi üçün TQDK terefinden yaradılmış bütün Sened Qebulu Komissiyalarının siyahısı ve teleb olunan senedler “Magistr” jurnalının 2-ci nömresinde derc olunmuşdur. Bu bölmede “Bakalavrın elektron erizesi” formasının nümunesi ile yanaşı, onun doldurulma qaydası da verilmişdir.

Ana sehifeye qayıt


© Fakto.info